Bankçılıq
270

"Bank BTB" bu ilin I rübünü mənfəətlə başa vurub

"Bank BTB" ASC bu ilin I rübünü 762 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 2,688 milyon manat zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, yanvar-mart aylarında "Bank BTB"nin gəlirləri 7,984 milyon manat (illik müqayisədə 20,2% çox), xərcləri 7,056 milyon manat (10,9% çox), xüsusi ehtiyatlara ayırmaları isə 166 min manat (94,4% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Bank BTB"nin aktivləri 364,348 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,2% çoxdur. Bunun 219,755 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 28,3% böyüyüb.

Hesabat dövründə "Bank BTB"nin öhdəlikləri 25,7% artaraq 299,409 milyon manata, o cümlədən depozit portfeli 24,5% artaraq 134,04 milyon manata, balans kapitalı isə 22,8% artaraq 64,94 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər