Sığorta
158

Azərbaycanda 14 sığorta şirkətinin öhdəlikləri artıb

Azərbaycanda 14 sığorta şirkətinin öhdəlikləri artıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-nin bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Meqa Sığorta", "Atəşgah Sığorta", "Azsığorta", "Azərbaycan Sənaye Sığorta", "Atasığorta", "Qala Həyat Sığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lərdir.

Ən çox azalma "AXA Mbask"da (89,6%), ən az azalma isə "Meqa Sığorta"da (3,1%) qeydə alınıb.

Qalan 14 sığorta şirkətinin isə öhdəlikləri artıb. Ən yüksək dinamika "Xalq Həyat Sığorta" ASC-də (221,7 dəfə), ən aşağı dinamika isə "Atəşgah Həyat Sığorta" ASC-də (8,6%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər