Bankçılıq
172

"Zıraat Bank Azərbaycan"ın mənfəəti 36% azalıb

"Zıraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 612 min manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 36,2% azdır.

Yanvar-mart aylarında "Zıraat Bank Azərbaycan"ın gəlirləri 5,648 milyon manat (illik müqayisədə 9,9% çox), xərcləri 3,41 milyon manat (20,1% çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,626 milyon manat (21,4% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Zıraat Bank Azərbaycan"ın aktivləri 249,397 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,5% çoxdur. Bunun 146,826 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34,2% böyüyüb.

Hesabat dövründə "Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 17,2% artaraq 176,845 milyon manata, o cümlədən depozit portfeli 17% artaraq 86,622 milyon manata, balans kapitalı isə 5,4% artaraq 72,552 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər