Bankçılıq
148

Pakistan Milli Bankının Bakı filialının zərəri 15% artıb

Pakistan Milli Bankının Bakı filialının zərəri 15% artıb

Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü 135 min manat zərərlə başa vurub.

"Renkinq" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,4% çoxdur.

Yanvar-mart aylarında Pakistan bankının gəlirləri 58 min manat (38,9% az), xərcləri 195 min manat (8,5% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 3 min manat (50% çox) təşkil edib.

Bu il aprelin 1-nə Pakistan bankının aktivləri 12,968 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,5% çoxdur. Bunun 644 min manatı müştərilərə verilmiş xalis kreditlədir. Son 1 ildə Bakı filialının kredit portfeli 24,1% kiçilib.

Hesabat dövründə Pakistan bankının öhdəlikləri 5,9 dəfə artaraq 3,359 milyon manata, o cümlədən depozit portfeli 6 dəfə artaraq 3,344 milyon manata çatıb, balans kapitalı isə 4,1% azalaraq 9,61 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər