Sığorta
117

Azərbaycanda 10 sığorta şirkətinin qısamüddətli aktivləri azalıb

Azərbaycanda 10 sığorta şirkətinin qısamüddətli aktivləri azalıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 10-nun bu il yanvarın 1-nə qısamüddətli aktivləri illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Sığorta" (ASS), "Standard Insurance" Sığorta Şirkəti, "Atəşgah Sığorta", "Azsığorta", "Rəvan Sığorta", "Günay Sığorta", "Meqa Sığorta", "Atasığorta", "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Həyat Sığorta" ASC-lərdir.

Ən çox azalma "Xalq Həyat Sığorta"da (55%), ən az azalma isə ASS-də (3,1%) qeydə alınıb.

Qalan 11 sığorta şirkətinin isə qısamüddətli aktivləri artıb. Ən yüksək dinamika "İpək Yolu Sığorta" ASC-də (2,4 dəfə), ən aşağı dinamika isə "Xalq Sığorta" ASC-də (3,1%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər