İnvestisiya
138

ARDNF-in vəsaitlərinin 94%-i 3 əsas xarici valyutada yerləşdirilib

ARDNF-in vəsaitlərinin 94%-i 3 əsas xarici valyutada yerləşdirilib

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin, demək olar ki, 100%-i qədər və yaxud 41 339,1 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bu vəsaitin 66%-i elə dollarda, 22,9%-i avroda, 4,8%-i isə ingilis funt-sterlinqində yerləşdirilib. 

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,7% təşkil edib. Digər valyutalara gəlincə, portfeldə Avstraliya dolları 0,5%, Türkiyə lirəsi 0,8%, Rusiya rublu 0,5%, Koreya vonu 0,5%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,5%, digər valyutalar isə 1,3% paya malikdir. 

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 68,7%, səhmlərin payı 12,4%, daşınmaz əmlakın payı 6,1%, qızılın payı isə 12,8% təşkil edib. 

Xatırladaq ki, bu il ARDNF-nin aktivləri 4,55% azalıb. 

Bölmədən olan bütün xəbərlər