İnvestisiya
131

Aktivlərin idarə edilməsi üzrə dünya nəhənginin mənfəəti azalıb

Aktivlərin idarə edilməsi üzrə dünya nəhənginin mənfəəti azalıb

Bu ilin I rübündə dünyanın aktivlərin idarə edilməsi üzrə ən böyük şirkəti “BlackRock” 806 milyon ABŞ dolları xalis mənfəət əldə edib. 

"Renkinq" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23% azdır. 

Azalma koronavirusun qlobal iqtisadiyyata mənfi təsir etməsi ilə izah olunur. Belə ki, investorlar aktivlərin idarə edilməsi xidmətindən imtina edərək nağd pulların idarə edilməsi xidmətinə üstülük verir. 

Bu il aprelin 1-nə “BlackRock"un aktivləri 6,47 milyard dollar olub ki, bu da illik müqayisədə 0,8% azdır. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər