İnvestisiya
337

"Kapital Bank" səhmdarlarına dividend ödəməyə başlayıb

“Kapital Bank” ASC-nin səhmdarlarının aprelin 1-də keçirilmiş ənənəvi ümumi yığıncağının qərarına əsasən, Bankın səhm sahiblərinə dividend ödənilməsinə başlanılıb.

"Renkinq" xəbər verir ki, Bakıda yaşayan səhmdarlar dividend almaq üçün "Kapital Bank"ın paytaxtın Səbal rayonu, Bülbül prospekti, 60 ünvanında yerləşən "Mərkəz" filialına, digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Bankın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət etməlidir.

Dividendin məbləği hər səhm üzrə 4,6 manatdır.

Bölmədən olan bütün xəbərlər