Bankçılıq
197

"Bank VTB Azərbaycan" filiallarının iş rejimini dəyişdi

Nazirlər Kabinetinin “Ölkə ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 31 mart 2020-ci il tarixli qərarına uyğun olaraq "Bank VTB Azərbaycan" ASC filiallarının iş rejimini dəyişib. Belə ki, aprelin 20-nə qədər Bankın filialları aşağıdakı qrafik üzrə çalışacaq:

Müştəri xidməti mərkəzi və “Əcəmi” filialı: Bazar ertəsi - Cümə günləri, saat 09:00-dan16:00-a qədər;

“Gənclik”, “Elmlər” və “Neftçilər” filialları: Bazar ertəsi - Cümə günləri, saat 09:00-dan 14:00-a qədər;

Bank müştərilərə filiallara ziyarətlərini azaltmağı və distant kanallardan istifadə etməyi tövsiyə edir. Müştərilər bank əməliyyatlarını "Facebook" sosial şəbəkəsinin messencerindəki DİRECT rəqəmsal bankı, eləcə də VTB Online İnternet/Mobil bank vasitəsilə həyata keçirə bilər.

Bankın məhsul və xidmətləri barədə əlavə məlumatı 986 nömrəli Çağrı mərkəzinə zəng vuraraq əldə etmək olar.

Bölmədən olan bütün xəbərlər