Sığorta
139

"Standard Insurance"in zərəri 73% artıb

"Standard Insurance" Sığorta Şirkəti ASC 2019-cu ili 1,774 milyon manat zərərlə başa vurub.

"Renkinq" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə 73,2% çoxdur.

Ötən il "Standard Insurance"in gəlirləri 11,483 milyon manat (illik müqayisədə 11,85% az), xərcləri isə 13,257 milyon manat (5,65% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Standard Insurance"in aktivləri 18,355 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur. Hesabat dövründə sığorta şirkətinin öhdəlikləri 10% artaraq 13,282 milyon manata çatıb, balans kapitalı isə 3,3% azalaraq 5,073 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 14,55% artaraq 12,6 milyon manat təşkil edib.

Bölmədən olan bütün xəbərlər