Büdcə
136

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb

Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 991,023 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,4% artaraq 257,808 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,2% azalaraq 691,222 milyon manat, aksizlər üzrə daxilolmalar 59,3% azalaraq 31,365 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 8,2% artaraq 10,628 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər