Sığorta
137

"Amrah Sığorta"nın mənfəəti 5 dəfə artıb

"Amrah Sığorta" ASC 2019-cu ili 253 min manat xalis mənfəətlə başa vurub.

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 4,6 dəfə çoxdur.

Ötən il "Amrah Sığorta"nın gəlirləri 1,032 milyon manat (illik müqayisədə 62,45% çox), xərcləri isə 779 min manat (34,3% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Amrah Sığorta”nın aktivləri 7,047 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 27,1% artaraq 1,359 milyon manata, balans kapitalı isə 4,3% artaraq 5,688 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər