İnvestisiya
364

ARDNF: Aktivlər daha etibarlı alətlərdən ibarətdir

ARDNF: Aktivlər daha etibarlı alətlərdən ibarətdir

Bu gün dünya iqtisadiyyatında, o cümlədən beynəlxalq maliyyə bazarlarında baş verən hadisələr Dövlət Neft Fondunun (ARDNF) da daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür.

"Renkinq" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda ARDNF-in investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir.

"Bu aktivlər böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bugün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bu gün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-in də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaq", - deyə qurum bəyan edib.

Bölmədən olan bütün xəbərlər