Büdcə
150

ARDNF-in xərcləri gəlirlərini üstələyib

ARDNF-in xərcləri gəlirlərini üstələyib

Bu ilin I rübündə Dövlət Neft Fondu (ARDNF) ümumilikdə 2 219 milyon ABŞ dolları, o cümlədən mənfəət neftinin və qazının satışından 1 763 milyon dollar gəlir əldə edib. Azərbaycan neftinin xalis orta satış qiyməti 59 dollar təşkil edib.

"Renkinq" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yanvar-mart aylarında ARDNF-in xərcləri 2 763 milyon  dollar olub.

"Xərclərin gəlirləri üstələməsi valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilməsi və dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. Bununla belə, Fondun büdcə xərclərinin təsdiq olunmuş səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə təxminən 4 milyard dollar vəsaitin valyuta hərracları vasitəsilə satışa çıxarılacağı gözlənilir", - deyə qurum bəyan edib.

Bölmədən olan bütün xəbərlər