İnvestisiya
154

"Bakı Fond Birjası"nın dövriyyəsi 46% azalıb

Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 076,041 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% azdır.

Bununla belə, ötən 3 ayda bağlanmış əqdlərin sayı isə 5,6% artaraq 1 149 olub.

BFB-nin dövriyyəsinin 42,8%-i, yaxud 887,902 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 75,8% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 9,4 dəfə artaraq 765,677 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 4,2 dəfə artaraq 422,462 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər