İnvestisiya
203

"Kapital Bank" səhmdarlarına dividend ödəməyə qərar verib

Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.

"Renkinq" xəbər verir ki, yığıncaqda səhmdarlara dividend ödənilməsinə qərar verilib.

Qərara əsasən, Bankın dövriyyədə olan, 12,39 manat nominal dəyərə malik 18 228 410 ədəd adi və imtiyazlı səhmlərinin hər birinə 4,6 manat dividend düşəcək.

"Bankın ötənilki xalis mənfəəti 100 milyon manatdan çox olub. Bu, hər səhmə görə təxminən 8 manat dividend ödəməyə imkan verirdi. Amma qərar verildi ki, hələlik, həmin məbləğin təxminən 60%-i səhmdarlara çatsın. Qalan hissəni koranavirus infeksiyasının mümkün mənfi təsirləri üçün ehtiyat kimi saxladılar. Əgər virusla bağlı vəziyyət tez düzəlsə, ilin sonuna qədər səhmdarlara bir qədər də dividend ödəniləcək", - deyə səhm sahiblərindən biri bildirib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər