Sığorta
191

Azərbaycanda həyat sığortası 31%, qeyri-həyat sığortası isə 47% artıb

Azərbaycanda həyat sığortası 31%, qeyri-həyat sığortası isə 47% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 40,715 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 31,1% çoxdur.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 150,029 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 47,4% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 72,9% artaraq 21,282 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 34,6% artaraq 28,012 milyon manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar-fevral aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 18,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-fevral aylarında müvafiq olaraq 39,6 manat və 20,45 manat olub. 

Bölmədən olan bütün xəbərlər