İnvestisiya
227

Azərbaycanda səhmdarların yığıncaqlarının onlayn rejimdə keçirilməsi təklif olunur

Azərbaycanda səhmdarların yığıncaqlarının onlayn rejimdə keçirilməsi təklif olunur

"Koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycanda bütün toplantılar təxirə salındığı kimi, şirkətlərin səhmdarlarının yığıncaqlarının keçirilməsinə də məhdudiyyət qoyulub. Amma texnologiya əsrində hər şeyə çarə var".

"Renkinq" xəbər verir ki, bunu "Turan İnformasiya Agentliyi" MMC-nin iqtisadiyyat şöbəsinin müdiri, bir çox səhmdar cəmiyyətlərdə (SC) pay sahibi olan Hafiz Babalı bildirib.

"Qanunvericiliyə əsasən, səhmdarların ümumi illik yığıncağı 30 aprel (törəmə şirkəti olmayanlar üçün) və 30 iyun tarixlərindən gec olmayaraq keçirilməlidir. Hazırda bir çox SC-lər təyin olunmuş yığıncaqların vaxtını dəyişmək barədə səhmdarlarını xəbərdar edirlər. Hesab edirəm ki, investorların hüquqlarını müdafiə etməli olan Azərbaycan Mərkəzi Bankı (AMB) yaranmış xüsusi vəziyyəti nəzərə alaraq virtual yığıncaqların qanuni sayılması haqda təlimat qəbul edə bilər.

Müxtəlif onlayn platformalardan istifadə etməklə səhmdarların ali idarəetmə orqanının toplantısını təşkil etmək olar. Total karantin rejimində bu, ən optimal yoldur.
AMB-nin sərəncamında olan Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) üzərindən SC-lər səhmdarların yığıncağının keçiriləcəyi gün və saatı elan edir, yığıncağın hansı platforma üzərindən təşkil olunacağı barədə səhmdarlarını xəbərdar edirlər.
Texniki məsələlər haqda təlimatlandırmanı AMB-nin İT mütəxəssisləri "Youtube" üzərindən təqdim edə bilərlər.

Qanunvericiliyə görə, səhmdarların ümumi yığıncağında yetərsayın olması üçün dövriyyədə olan səhmlərin 60%-nin sahiblərinin iştirakı yetərlidir. Başqa sözlə, virtual yığıncağa heç də bütün səhmdarların qatılması zərurəti yoxdur. Məlumatlandırma kifayətdir. Səhmdarlara MEAS üzərindən qəbul edələn qərarlar haqda yazılı məlumat (protokoldan çıxarış) verilə bilər. Bu, həm də qanunvericilyin tələbləindən biridir.
Düşünürəm ki, təklifi yaranmış vəziyyətdən ən optimal çıxış yoludur", - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər