Bankçılıq
360

Əkrəm Həsənov: "Banklar qanunsuzluğa yol verir"

Əkrəm Həsənov:

"Dünən bəzi banklar müştərilərə ABŞ dolları ilə olan hesablarından dolları nağdlaşdırmağa imkan verməyiblər".

"Renkinq" xəbər verir ki, bunu iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib. 

"Banklarda deyiblər ki, guya koronavirusla (???) əlaqədar ancaq rəsmi məzənnəyə uyğun manat verə bilərlər. Əlbəttə ki, bu, tam cəfəngiyat və qanunsuzluqdur. Mənə müraciət edənlərə tövsiyə etdim ki, bankdan rəsmi yazılı imtina tələb etsinlər. Təbii ki, bank belə imtinanı vermədi və nəticədə dolları verməyə məcbur oldu. Buna görə də belə və oxşar özbaşınalıqlarla üzləşənlərə məsləhətim: yazılı cavab (imtina) tələb edin. Verməsələr, özünüz həm banka, həm də Azərbaycan Mərkəzi Bankına rəsmi yazılı müraciət göndərin. Bu halda geri çəkilirlər", - deyə o, qeyd edib. 

Bölmədən olan bütün xəbərlər