Digər
128

Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azalıb

Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azalıb

Bu həftə Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları 29,8 milyard ABŞ dolları, yaxud 5,1% azalıb.

“Renkinq” Rusiya mətbuatına istinadən xəbər verir ki, son nəticədə qurumun valyuta ehtiyatları 581 milyard dollardan 551,2 milyard dollara düşüb.

Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri Rusiya Bankında ən böyük azalmadır. Belə ki, 2008-ci ilin oktyabr ayında valyuta ehtiyatları 30,6 milyard dollar, 2009-cu ilin yanvar ayında isə 30,3 milyard dollar azalma nümayiş etdirmişdi. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər