Büdcə
211

"Standard and Poor's" Azərbaycanın kredit reytinqini təsdiqləyib

"Standard and Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini yenidən "BB+/B" səviyyəsində təsdiqləyib.

"Renkinq" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Qurumun reytinq üzrə proqnozu isə "Sabit"dir.

Artıq Azərbaycan hökuməti "Standard and Poor's"un qərarını şərh edib. Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, dünya bazarında neftin ucuzlaşması Azərbaycanın beynəlxalq kredit reytinqinə təsir göstərməyib: "Neft qiymətlərinin kəskin səviyyədə aşağı düşməsi ni nəzərə alan "Standard and Poor's" neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın reytinqinin növbədənkənar qiymətləndirilməsinə qərar verib və bu məsələdə hər hansı dəyişikliyin baş vermədiyi məlum olub. Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha təsdiq olunması ölkənin əhəmiyyətli valyuta etiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malik olması ilə bağlıdır".

Xatırladaq ki, "Standard and Poor's" ənənəvi olaraq ildə iki dəfə - yanvar və iyul aylarında Azərbaycanın kredit reytinqi üzrə qiymətləndirmə aparır.

Bölmədən olan bütün xəbərlər