Bankçılıq
245

"Access Bank" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 000 manat köçürdü

Access Bank" QSC Azərbaycan dövləti tərəfindən koronavirusun yayılmasına qarşı yönəlmiş və onun ölkə iqtisadiyyatına və əhalinin məşğulluğuna vurduğu mənfi təsiri azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

Bununla bağlı olaraq, Bank ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 000 manat köçürüb.

"Access Bank" əsas pinsiplərinə - sosial məsuliyyət və müştərilərə sədaqət olmaqla, Azərbaycanın davamlı inkişafında iştirak etmək missiyasını öz üzərinə götürüb. Bununla əlaqədar olaraq, bank müştərilərinə pandemiyanın maliyyə nəticələrini minimuma endirmək üçün bir sıra tədbirlər tətbiq edəcək. Tədbirlərə cari kreditlər üzrə restruktrizasiya əməliyyatlarının aparılması imkanları, ödənişlər üzrə güzəşt müddətinin tətbiq olunması, iqtisadiyyatın zərər görmüş sahələri üçün sabit maliyyələşdirilmə imkanları daxil ediləcək.

Bundan başqa, profilaktik tədbirlər çərçivəsində bank, inzibati bina və filiallarında daimi dezinfeksiya işləri aparır və müştərilərinə beynəlxalq tövsiyələrə uyğun olaraq xidmət göstərir.

Sağlamlıqlarının maksimum qorunması üçün "Access Bank" müştərilərinə ehtiyac və tələblərinə uyğun olan məsafəli xidmətdən yararlanmağı məsləhət görür.

İndi bizim ümumi vəzifəmiz bu sınaqdan uğurla keçməkdir və "Access Bank" bunun üçün maksimum səy göstərməyə hazırdır.

Bölmədən olan bütün xəbərlər