Bankçılıq
347

"Bank Respublika" Prezidentin təşəbbüsünü dəstəklədi!

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC korporativ sosial məsuliyyətini dərk edərək, “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Bank, ölkə başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 200 000 manat vəsait köçürüb.

"Bank Respublika" 22 may 1992-ci il tarixdə Azərbaycan Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və artıq 28 ildir ki öz müştərilər üçün faydalı olmaq prinsipi ilə fəaliyyət göstərir. 

Bankın səhmdarları sırasında Almaniyanın 2 maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust şirkəti var.

Bölmədən olan bütün xəbərlər