Büdcə
76

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 31% artıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 31% artıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2019-cu ili 63,873 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 31,3% çoxdur.

Ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 479,192 milyon manat (əvvəlki illə müqayisədə 6% çox), satışlarının maya dəyəri 300,065 milyon manat (2% çox), ümumi və inzibati xərcləri 51,485 milyon manat (1,9% az), sosial xərcləri 12,354 milyon manat (1,8% çox), digər əməliyyat gəlirləri 32,118 milyon manat (3,4% az), digər əməliyyat xərcləri 56,672 milyon manat (17,8% çox), əsas vəsaitlərinin silinməsindən zərəri 70 min manat (65% az), məzənnə fərqindən gəlirləri 157 min manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 1,288 milyon manat (32,7% az), mənfəət vergisi ödəmələri isə 25,66 milyon manat (10,6% çox) təşkil edib.

Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 212,266 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,4% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,6% artaraq 234,952 milyon manata çatıb, balans kapitalı isə 1,4% azalaraq 977,314 milyon manata düşüb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər