Digər
88

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,67 milyard ABŞ dolları və yaxud 2,5% azalaraq 104,165 milyard dollar təşkil edib.

"Renkinq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 31,69 milyard dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə cəmi 5 milyon dollar azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,665 milyard dollar və yaxud 3,6% azalaraq 72,475 milyard dollar təşkil edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər