Digər
117

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. 

"Renkinq" bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb.

"Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır", - qurum bəyan edib. 

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq. 

Bölmədən olan bütün xəbərlər