Büdcə
196

Azərbaycanın hakim partiyası mənfəətini 15% artırıb

Azərbaycanın hakim partiyası mənfəətini 15% artırıb

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2019-cu ili 2,305 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” Partiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 15,25% çoxdur.

Ötən il YAP-ın gəlirləri 10,668 milyon manat (illik müqayisədə 13,3% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 9,309 milyon manat (15,7% çox), dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri isə 1,359 milyon manat (0,7% az) təşkil edib. Hesabat dövründə Partiyanın xərcləri isə 8,363 milyon manat (12,6% çox), o cümlədən cari xərcləri 1,323 milyon manat (3,3% çox), informasiya təminatı xərcləri 5,582 milyon manat (11,2% çox), parlament seçkiləri üzrə xərcləri 885 min manat (39,6% çox), kredit faizləri üzrə xərcləri 26 min manat (2,7 dəfə çox), sair xərcləri isə 547 min manat (12,3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə YAP-ın aktivləri 25,423 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 12,5% çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 71% azalaraq 102 min manata düşüb, balans kapitalı isə 13,8% artaraq 25,322 milyon manata çatıb.

Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 750 min üzvü olduğunu bəyan edir.

Bölmədən olan bütün xəbərlər