Sığorta
94

“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 2% artıb

“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 2% artıb

“AzRe Təkrarsığorta” ASC 2019-cu ili 25,586 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 2,1% çoxdur.

Ötən il “AzRe Təkrarsığorta”nın gəlirləri 60,383 milyon manat (illik müqayisədə 4,4% az), xərcləri 28,438 milyon manat (10,9% az), mənfəət vergisi ödəmələri isə 6,359 milyon manat (2,55% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 124,183 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,8% artaraq 31,333 milyon manata, balans kapitalı isə 2,4% artaraq 92,85 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər