Büdcə
115

Azərbaycanın xarici ticarət dövriyyəsi 5% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 5% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 5,036 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.

2 aylıq xarici ticarət dövriyyəsinin 3,249 milyard dolları ixracın, 1,787 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,1% artıb, idxal isə 17,5% azalıb.

Son nəticədə xarici ticarətdə 1,462 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 48,3% çoxdur.  

Bölmədən olan bütün xəbərlər