Digər
153

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 10%-dən aşağı salıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 10%-dən aşağı salıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Renkinq" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 1 faiz bəndi azaldılaraq 10,75%-dən 9,75%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında uçot dərəcəsi 0,75 faiz bəndi azaldılaraq 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında isə uçot dərəcəsi 0,5 faiz bəndi azaldılaraq 11,25%-dən 10,75%-ə endirilmişdi. 

Bölmədən olan bütün xəbərlər