Bankçılıq
232

“PAŞA Bank” Çindən Azərbaycana mal gətirən sahibkarlara güzəşt edib

“PAŞA Bank” Çindən Azərbaycana mal gətirən sahibkarlara güzəşt edib

“PAŞA Bank” ASC Çində koronavirusun geniş yayılmasını nəzərə alaraq bu ölkə ilə ticarət əlaqələri olan yerli sahibkarların son zamanlar üzləşdikləri maliyyə çətinliklərini nəzərə alıb və onlara güzəşt edib.

“Renkinq” xəbər verir ki, Bank müştəriləri olan azərbaycanlı iş adamlarına, xüsusilə də kiçik və orta biznes subyektlərinə bu istiqamətdə həyata keçirdikləri pul köçürmələri üzrə komissiyanı 0,5%-dən 0,2%-ə endirib.

Çinlə biznes əlaqələri olan “PAŞA Bank” müştəriləri https://lnkd.in/eFHduin linkinə daxil olmaqla bu güzəştdən onlayn rejimdə istifadə edə bilər.

Bölmədən olan bütün xəbərlər