Bankçılıq
113

“Access Bank” koronavirusa qarşı dezinfeksiya işlərini davam etdirir

“Access Bank” koronavirusa qarşı dezinfeksiya işlərini davam etdirir

Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə “Access Bank” QSC-nin bütün inzibati binaları və filialları dezinfeksiya edilir. Bank əməkdaşları və müştərilərinin sağlamlıqları nəzərə alınaraq, dezinfeksiya işləri davamlı olaraq həyata keçirilir. Qoruyucu tədbirlərin mütəmadi olaraq, bütün inzibati binalar və filiallar üzrə aprel ayının sonuna qədər reallaşdırılması nəzərdə tutulub.

Aparılan dezinfeksiya işləri ərazini 15 gün ərzində qoruyur. İstifadə olunan dezinfektantlar insan səhhəti üçün tam zərərsizdir.

Dezinfeksiya tədbirlərindən əlavə, artıq bir müddətdir ki, bank əməkdaşlarına virusdan qorunmaq üçün maskalar paylanılıb, inzibati binalar və filialların girişlərində spirt tərkibli məhlullar quraşdırılıb.

Bölmədən olan bütün xəbərlər