Bankçılıq
150

"Kapital Bank" nizamnamə kapitalından ən yaxşı istifadə edən bankdır

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bank ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 785,5 milyon manat məbləğində nizamnamə kapitalının 12,2%-i qədərdir.

Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2019-cu ildən mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 59,6%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 7-ci bankdır.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Bank of Baku" ASC tutub. Bank ötən il nizamnamə kapitalının 46,5%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, 29 bank arasında ölkədə 24-cüdir.

Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 27,8%-lik göstərici ilə "Bank Respublika" ASC sahib olub. Baxmayaraq ki, "Bank Respublika" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 16-cıdir.

Mənfəətlə işləyən qalan 20 bankdan 8-də sözügedən göstərici 10-25% arasında, 10 bankda 1-10% arasında, 2 bankda isə 0-1% arasında dəyişir. 

Bankın adı

Bankın illik mənfəətinin  / zərərinin

nizamnamə kapitalına nisbəti

1

Kapital Bank

59,6%

2

Bank of Baku

46,5%

3

Bank Respublika

27,8%

4

Azərbaycan Beynəlxalq Bankı

24,4%

5

PAŞA Bank

19,5%

6

Unibank

19,1%

7

Express Bank

17,0%

8

Azərbaycan Sənaye Bankı

12,8%

9

Bank BTB

11,3%

10

Rabitəbank

11,0%

11

Bank Avrasiya

10,7%

12

Xalq Bank

9,2%

13

AFB Bank

8,9%

14

Premium Bank

8,5%

15

Yapı Kredi Bank Azərbaycan

7,2%

16

Naxçıvan Bank

6,7%

17

Zıraat Bank Azərbaycan

6,3%

18

Günay Bank

3,3%

19

NBC Bank

2,1%

20

Bank VTB Azərbaycan

1,5%

21

Azər-Türk Bank

1,2%

22

Turan Bank

0,6%

23

Yelo Bank

0,0%

24

AGBank

-2,0%

25

Pakistan Milli Bankı - Bakı

-4,3%

26

Muğan Bank

-8,1%

27

İran Milli Bankı - Bakı

-22,5%

28

Amrah Bank

-28,0%

29

Access Bank

-34,7%

30

Atabank

Açıqlamayıb

Bölmədən olan bütün xəbərlər