Bankçılıq
556

"Bank of Baku" aktivlərindən ən yaxşı istifadə edən bankdır

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bank ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 32 722,8 milyon manat məbləğində aktivlərin 1,6%-i qədərdir.

Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2019-cu ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 6,4%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 17-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Express Bank" ASC tutub. Bu bank ötən il aktivlərinin 5,6%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 29 bank arasında 8-ci yerdə qərarlaşıb.

Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 3,3%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər sahib olub. Bu banklar aktivlərinin məbləğinə görə, ölkədə müvafiq olaraq 1-ci və 3-cüdür.

Mənfəətlə işləyən qalan 20 bankda isə sözügedən göstərici 0-3,1% arasında dəyişir.

Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 16,8%-i qədər zərərlə üzləşib.

Bankın adı

Bankın illik mənfəətinin  /

zərərinin aktivlərinə nisbəti

1

Bank of Baku

6,4%

2

Express Bank

5,6%

3

Azərbaycan Beynəlxalq Bankı

3,3%

4

Kapital Bank

3,3%

5

Bank Avrasiya

3,1%

6

Unibank

3,0%

7

Bank VTB Azərbaycan

3,0%

8

Naxçıvan Bank

2,2%

9

Bank BTB

2,2%

10

Rabitəbank

1,5%

11

Bank Respublika

1,4%

12

Premium Bank

1,4%

13

PAŞA Bank

1,4%

14

Xalq Bank

1,4%

15

Zıraat Bank Azərbaycan

1,2%

16

AFB Bank

1,1%

17

Günay Bank

1,0%

18

Yapı Kredi Bank Azərbaycan

0,9%

19

Azərbaycan Sənaye Bankı

0,8%

20

NBC Bank

0,4%

21

Azər-Türk Bank

0,2%

22

Turan Bank

0,1%

23

Yelo Bank

0,0%

24

AGBank

-0,5%

25

Muğan Bank

-1,3%

26

Pakistan Milli Bankı - Bakı

-3,9%

27

Amrah Bank

-5,3%

28

Access Bank

-10,0%

29

İran Milli Bankı - Bakı

-16,8%

30

Atabank

Açıqlamayıb

Bölmədən olan bütün xəbərlər