Bankçılıq
405

Azərbaycan Mərkəzi Bankının sədri "Atabank"la bağlı son vəziyyəti açıqlayıb

Azərbaycan Mərkəzi Bankının sədri

"Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddətinin bu il dekabrın 4-nə qədər uzadılması barədə qanun qüvvəyə minən kimi "Atabank" ASC ilə məşğul olacağıq".

"Renkinq" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bildiyiniz kimi, əmanətlərin tam sığortalanması müddəti martın 4-də başa çatıb. Təxminən 2 həftədir ki, bu məsələdə boşluq yaranıb. Bu boşluq aradan qaldırılan kimi "Atabank"ın əmanətçilərinə pullarını geri götürmək imkanı yaradılacaq. Bu bankdakı əmanətlər 100% qorunur və onlarla bağlı hər hansı problem görmürəm", - deyə o, qeyd edib. 

"Atabank"la bağlı narahatlıq var və bunun da obyektiv səbəbi mövcuddur. "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti uzadılan kimi işə başlayacağıq. Bu məsələ hər gün hökumətdə müzakirə edilir", - deyə baş bankir əlavə edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər