Büdcə
144

Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb

Bu ilin fevral ayında Gürcüstanın Azərbaycana borcu 408 min ABŞ dolları azalaraq martın 1-nə 6,291 milyon dollar təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Gürcüstanın digər qonşuları qarşısında borc öhdəliklərini də açıqlayıb. Beləliklə, fevralın sonuna Gürcüstan Rusiyaya 48,565 milyon dollar, Türkiyəyə 12,105 milyon dollar, Ermənistana isə 6,771 milyon dollar borclu olub.  

Bölmədən olan bütün xəbərlər