İnvestisiya
240

"Fitch" “Cənub Qaz Dəhlizi”nin avrobondlarının reytinqini təsdiqləyib

“Fitch” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

“Renkinq” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumata görə, reytinq üzrə proqnoz “Sabit”dir.

Xatırladaq ki, CQD ölkə prezidentinin 25 fevral 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında, eyni adlı layihənin reallaşdırılması məqsədi ilə yaradılıb. Şirkətin səhmlərinin 51%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Bölmədən olan bütün xəbərlər