Bankçılıq
252

Milli Məclis əmanətlərin tam sığortalanması müddətini uzadıb

Milli Məclis əmanətlərin tam sığortalanması müddətini uzadıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Renkinq” xəbər verir ki, sənəd barədə Azərbaycan parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Onun sözlərinə görə, 4 mart 2016-cı ildə qəbul edilmiş qanunun müddətinin daha 9 ay (bu il dekabrın 4-nə qədər) uzadılması təklif edilir. Millət vəkilləri təklifi dəstəkləyib. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Bölmədən olan bütün xəbərlər