Bankçılıq
184

Azərbaycanda 5 bankın nizamnamə kapitalı artıb

Azərbaycanda 5 bankın nizamnamə kapitalı artıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Access Bank", "Xalq Bank", "Turan Bank", "Naxçıvan Bank" və "Muğan Bank"dır.

Ən yüksək dinamika "Access Bank"da (84,5%), ən aşağı dinamika isə "Muğan Bank"da (7,9%) qeydə alınıb.

1 bankın - "Express Bank"ın nizamnamə kapitalı 18% azalıb.

Qalan 23 bankın nizamnamə kapitalı dəyişməyib.

Bölmədən olan bütün xəbərlər