Bankçılıq
146

Azərbaycanda 5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Xalq Bank" (364,773 milyon manat), "Yelo Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat) və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).

Qalan 24 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 6 bankda 100-200 milyon manat arasında, 11 bankda isə 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 1 bankda 10-50 milyon manat arasında, 1 bankda isə 10 milyon manatda azdır.

Bölmədən olan bütün xəbərlər