Sığorta
379

“Meqa Həyat Sığorta”nın sədri dəyişib

“Meqa Həyat Sığorta”nın sədri dəyişib

Ötən ilin sentyabr ayında yaradılmış və hələ lisenziya almamış “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

“Renkinq” xəbər verir ki, söhbət Cəmil Nəzərovdan gedir.

O, bundan əvvəl “Meqa Sığorta” ASC-nin İH-nin sədr müavini olub və yeni vəzifəsində Anar Talıbovu əvəz edib.

Nizamnamə kapitalı 11 milyon manat olan “Meqa Həyat Sığorta”nın təsisçisi 100% “Meqa Sığorta”dır. Hər iki şirkət eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da dövlət qeydiyyatına alınıb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər