Büdcə
224

Şahmar Mövsümov: “Valyuta ehtiyatlarımız 20 il dayanıqlı fəaliyyət göstərməyə imkan verir”

Şahmar Mövsümov: “Valyuta ehtiyatlarımız 20 il dayanıqlı fəaliyyət göstərməyə imkan verir”

“2014-2016-cı illərdə dünya bazarında neftin 1 barelinin qiyməti 140 ABŞ dollarından 30 dollara qədər düşmüşdü. Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil”.

“Renkinq” xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə deyib.

“Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatı neftin qiymətindən asılılığını kəskin şəkildə azaldıb və bu gün kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, valyuta ehtiyatlarımız bizə 20 il dayanıqlı fəaliyyət göstərməyə imkan verir. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”, - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər