Büdcə
126

Mikayıl Cabbarov: "Azərbaycanda vergi daxilolmaları 25% artıb"

Mikayıl Cabbarov:

"Koronavorus epidemiyası Azərbaycan iqtisadiyyatının bəzi sahələrinə mənfi təsir edib".

"Renkinq" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə deyib.

"Bunlar turizm və nəqliyyat sektorlarıdır. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında vergi daxilolmaları üzrə proqnoz 114,2%, o cümlədən qeyri-neft sektorunda 115,9% icra olunub: "Dövlət büdcəsinə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. 2 ay ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 24,5%, o cümlədən qeyri-neft sektorunda 24,8% artıb".

Bölmədən olan bütün xəbərlər