Bankçılıq
235

Azərbaycan bankları həftənin bütün günlərində işləyəcək

Azərbaycan bankları həftənin bütün günlərində işləyəcək

"Hazırda Azərbaycanda bankdaxili konvertasiya və yaxud bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur".

"Renkinq" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə deyib.

"Buna baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, AMB və bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, AMB  və bank sektoru işləyəcək", - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər