Büdcə
159

Elman Rüstəmov: "Neftin ucuzlaşması tədiyyə balansına əhəmiyyətli təsir etməyib"

Elman Rüstəmov:

"Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşması nəticəsində yaranmış yeni vəziyyətə tam hazırdır".

"Renkinq" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə deyib.

“Bizim böhranda idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yüksək olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard ABŞ dolları artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin tədiyyə balansna əhəmiyyətli təsir etməyib”, - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər