Digər
197

Elman Rüstəmov: “Banklarda əhaliyə lazım olan qədər xarici valyuta var”

Elman Rüstəmov: “Banklarda əhaliyə lazım olan qədər xarici valyuta var”

“Bu gün Azərbaycan banklarında əhaliyə lazım olan qədər xarici valyuta (o cümlədən ABŞ dolları var”.

“Renkinq” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Bankların dollara olan tələbatı valyuta hərraclarında tam şəkildə ödənilir. Ötən gün keçirilmiş hərracda banklar onlara satılmış xarici valyutanın hamısını realizə edə bilməyib. Bu gün keçirilmiş hərracda isə bankların tələbi 2 dəfə azalıb. Odur ki, valyuta çatışmaması problemi yoxdur”, - deyə o, qeyd edib.

AMB-nin sədri əhalini sakit olmağa, dollar almamağa və bu yolla müvəqqəti çətinliyi dəf etməkdə hökumətə dəstək verməyə çağırıb. Onun sözlərinə görə, Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir və neftin ucuzlaşması nəticəsində yaranmış müvəqqəti çətinlikdən çıxmaq əzmindədir

Bölmədən olan bütün xəbərlər