Qeyri-bankçılıq
367

“Mol Bulak” BOKT-un xalis mənfəəti 80% artıb

“Mol Bulak” BOKT-un xalis mənfəəti 80% artıb

“Mol Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 2,796 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 80,2% çoxdur.

Ötən il “Mol Bulak”ın vergiyəqədərki mənfəəti 3,706 milyon manat (əvvəlki ilə nisbətən 72,7% çox), mənfəət vergisi ödəmələri isə 910 min manat (53,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Mol Bulak”ın aktivləri 25,064 milyon manat olub ki, bu da illik müqayisədə 54,9% çoxdur. Bunun 17,697 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 33,4% böyüyüb.

Hesabat dövründə “Mol Bulak”ın öhdəlikləri 2,1 dəfə artaraq 11,466 milyon manata, balans kapitalı isə 25,9% artaraq 13,598 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər