Büdcə
136

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları cüzi azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları cüzi azalıb

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 663,306 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 14,8% artaraq 170,67 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3,3% azalaraq 465,985 milyon manat, aksizlər üzrə daxilolmalar 32,5% azalaraq 19,513 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 11% artaraq 7,138 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər