Sığorta
171

“A-Qrup Sığorta”nın xalis mənfəəti 25% azalıb

“A-Qrup Sığorta”nın xalis mənfəəti 25% azalıb

“A-Qrup Sığorta” ASC 2019-cu ili 1,625 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 24,9% azdır.

Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 15,381 milyon manat (illik müqayisədə 9,9% çox), xərcləri 13,35 milyon manat (18,2% çox), mənfəət vergisi ödəmələri isə 406 min manat (25% az) təşkil edib.

Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 24,612 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9% artaraq 12,048 milyon manata çatıb, balans kapitalı isə 4,2% azalaraq 12,564 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər