Bankçılıq
170

Azərbaycanda 4 bank Mərkəzi Banka borcunu azaldıb

Azərbaycanda 4 bank Mərkəzi Banka borcunu azaldıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 16-sı bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

"Renkinq" xəbər verir ki, bu banklardan 4-ü - "Günay Bank", "Bank BTB", "Yelo Bank" və "Xalq Bank" AMB-yə borcunu azaldıb. Ən çox azalma "Xalq Bank"da (97,2% az), ən az azalma isə "Günay Bank"da (8,3%) qeydə alınıb.

1 bankın - "Kapital Bank"ın tənzimləyici quruma borcu 4,3 dəfə artıb.

11 bankın - "Access Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Zıraat Bank Azərbaycan"ın son 1 ildə AMB qarşısında öhdəliyi olmayıb. Odur ki, bu bankların tənzimləyici quruma borcunun dinamikasını hesablamaq mümkün olmayıb.

13 bank - "AFB Bank", "AGBank", "Amrah Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Bank Respublika", "Express Bank", "Muğan Bank", "Premium Bank", "Rabitəbank", "Turan Bank", "Unibank" və "Yapı Kredi Bank Azərbaycan" isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb. 

Bölmədən olan bütün xəbərlər